İsveçrə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıldı
Xarici siyasət
05.12.2024 22:33
Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı
çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin
dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
Bu barədə TodayPress Azərbaycanın Xarici İşlər
Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməldaşlıq
məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə
edilib.
İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə
məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin
bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə
törətdiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər
məsələlərə dair fikir mübadiləsi aparılıb.
tag: İsveçrə, Azərbaycan, Ermənistan, XİN, Ceyhun Bayramov, ATƏT, todaypress.az,