İsrail Türkiyə ilə görüşün təşkilinə görə Azərbaycana təşəkkür etdi - YENİLƏNDİ

Xarici siyasət

10.04.2025 17:05

16

Türkiyə ilə Suriya üzrə danışıqlar təhlükəsizliyin sabitliyini qorumaq məqsədi daşıyır. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. 

“Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub” deyə məlumatda qeyd edilib. 

Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib:

“İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”. 

Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb:

“Danışıqlarda hər bir tərəf regionda öz maraqlarını təqdim etdi və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün kommunikasiya kanalını davam etdirməyə razılaşdılar”.

***

15:25

Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq. 

TodayPress xəbər verir ki, bu barədə “Times of Israel” İsrail rəsmisinə istinadən məlumat yayıb. 

Bildirilib ki, “Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin “qırmızı xətti”dir. 

“Dünən Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. Görüşdə İsrail birmənalı şəkildə bildirib ki, Suriyada xarici qüvvələrin yerləşdirilməsində hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması “qırmızı xətt”dir”. 

Vurğulanıb ki, belə bir addım İsrail tərəfindən etimadın pozulması kimi qiymətləndiriləcək.

tag: Azərbaycan,Türkiyə,İsrail,Görüş,Todaypress.az,