İrəvandan sülh açıqlaması: Ermənistan sazişi imzalamağa hazırdı

Xarici siyasət

07.06.2024 14:08

“İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır”. 

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ermənistan tərəfi sülh sazişinin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır” deyə məlumatda bildirilib. 

Vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində tərəflərin ərazi bütövlüyünü tanıdığı və bir-birlərinə qarşı heç bir ərazi iddiası olmadığı açıq şəkildə qeyd olunub.

tag: İrəvan, Sülh,Sülh, Müzakirə, todaypress.az,