İraq Prezidentinin Azərbaycana səfəri başladı
Xarici siyasət
11.11.2024 10:33
İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
TodayPress xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
tag: İraq, Azərbaycan, Səfər, Aeroport, todaypress.az,