İran XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edirik

Xarici siyasət

14.03.2025 09:58

2031

İran Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir.

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib. Nazirlik rəsmisi bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib.

"Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll edərək tezliklə sülh sazişini imzalayacaq və bunun nəticəsində regionda davamlı sülh və sabitlik təmin olunacaq" deyə Bəqai vurğulayıb.

tag: İran,XİN,Azərbaycan,Ermənistan,Todaypress.az,