İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Xarici siyasət

28.04.2025 19:42

13

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.

TodayPress xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir” dövlət başçısı vurğulayıb.

tag: Azərbaycan, İran, Şirkət, İlham Əliyev, Bakı, Forum, todaypress.az,