İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür ifadə etdi
Xarici siyasət
02.07.2024 23:56
“Azərbaycanda səfərdə olan
və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində
iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.
TodayPress xəbər verir ki,
bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd
olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal
iştirak ediblər.
“Səfirliklə əməkdaşlıq edərək
iranlı seçicilərin seçkilərdə iştirakı üçün yaratdığı imkanlara görə Azərbaycana
dərin təşəkkürümüzü bildiririk”-Bəyanatda bildirilib.
Bəyanatda nəzərə
çatdırılıb ki, prezident seçkilərinin ikinci turunda səsvermə iyulun 5-də saat
8:00 başlayacaq və saat 18:00-a kimi davam edəcək.
tag: İran, Səfirlik, Azərbaycan, Seçki, todaypress.az,