İran Prezidenti: "Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər"

Xarici siyasət

28.04.2025 20:07

12

"Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər."

TodayPress xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

“Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür” deyə Prezident Pezeşkian əlavə edib.

tag: İran, Aərbaycan, Forum, Pezeşkian, İlham Əliyev, Təhsil, todaypress.az,