İran nazir müavini: “Səfirliyə hücum edən şəxsə çıxarılan hökmün icrası üçün işlər davam etdirilir”
“İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxsə çıxarılan hökmün icrası üçün bütün işlər davam etdirilir”.
TodayPress xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.
“Hər iki ölkənin nümayəndələri çalışırlar ki, verilən qərar icra olunsun. Və biz ümid edirik ki, tez bir zamanda hökm oxunacaq”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs İrandakı Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, hələ də icra edilməyib.
Töhfə Səməd
tag: Səid Xətibzadə,İran,XİN,Tədbir,Todaypress.az,