İran nazir müavini: “Azərbaycan səfirliyinə hücum çox acı bir hadisə idi”

Xarici siyasət

06.05.2025 10:09

15

“İrandakı Azərbaycan səfirliyinə hücum iki millətin də damağının dadını qaçıran çox acı bir hadisə idi”. 

TodayPress xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qurumlar tərəfindən bu məsələ ilə bağlı ciddi araşdırmalar, istintaqlar aparılıb. 

“Bu hadisəyə baxmayaraq, iki ölkə arasında münasibətlər canlandırıldı. Birgə səylər nəticəsində yenidən öz qaydasına düşdü”. 

Töhfə Səməd

tag: Səid Xətibzadə,Tədbir,İran,Azərbaycan,Todaypress.az,