İordaniyanın Kralı İlham Əliyevi təbrik etdi

Xarici siyasət

27.03.2025 20:20

2174

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

TodayPress xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".

tag: İlham Əliyev, Prezident, Təbrik, Məktub, Ramazan, Novruz, Bayram, todaypress.az,