İndoneziya və Niderlanda yeni səfirlər təyin edildi - SƏRƏNCAM

Xarici siyasət

20.12.2024 16:38

Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada, Məmməd Bahəddin oğlu Əhmədzadə isə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

tag: Cəlal Sabir oğlu Mirzəyev,İndoneziya,Ramil Rzayev,Məmməd Əhmədzadə,todaypress.az,