İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı- YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri aprelin 12-də başa çatıb.
TodayPress xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar.
***
14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib.
TodayPress xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
tag: Prezident,İlham Əliyev,Türkiyə,Səfər,Todaypress.az,

