İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı- YENİLƏNDİ

Xarici siyasət

06.11.2024 20:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.

 

TodayPress xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

***

12:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

TodayPress xəbər verir ki, Bişkek şəhərinin “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

tag: Prezident, İlham Əliyev, Səfər,Qırğızıstan, Akılbek Japarov, todaypress.az,

photo