İlham Əliyev və Vladimir Putin qəza ilə bağlı məsələlərin müzakirəsini davam etdirdi

Xarici siyasət

29.12.2024 16:55

Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

TodayPress xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

tag: Rusiya ,Vladimir Putin,Azərbaycan ,İlham Əliyev,Azərbaycan Hava Yolları,todaypress.az,