İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
01.11.2024 12:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.
TodayPress xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran
Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini
bildirərək, vurğuladı ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət
başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan
verəcək.
Səfir əməkdaşlığımızın gündən-günə möhkəmlənləndiyini qeyd etdi.
O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən
çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində
maraqlı olduqlarını vurğuladı.
Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə
toxunuldu, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
***
10.29
TodayPress
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.
tag: Prezident,İlham Əliyev,Somali, todaypress.az,