İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul etdi - YENİLƏNDİ
Xarici siyasət
05.07.2024 18:35
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısı Ersin Tatar ilə Bakıda və digər beynəlxalq tədbirlər
çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Söhbət zamanı nəqliyyat,
əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması
mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının
gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi
və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olundu. Bu tədbirin müntəzəm
xarakter alacağına ümidvarlıq bildirildi, onun Türk dünyasının inkişafına,
birliyinə xidmət edəcəyi vurğulandı.
Azərbaycan
Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının
Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin
başçısına təşəkkürünü bildirdi və ölkəmizə ikinci dəfə səfər etdiyini dedi.
Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti imzalanacaq Qarabağ Bəyannaməsinin əhəmiyyətini qeyd
etdi.
O, Prezident İlham
Əliyevin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə toplantıları ilə bərabər,
qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdi.
Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın
daha da inkişafına əsaslı töhfə verəcəyinə əminliyini bildirdi.
Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti bu Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim
fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğunu vurğuladı.
Ersin Tatar 2022-ci
ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə
toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi
statusunu almasından sonra əlaqələrin inkişafından məmnunluğunu bildirdi.
Göstərdiyi dəstəyə
görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən Ersin Tatar vurğuladı ki, dəfələrlə
o, öz bəyanatlarında da bu məsələləri qeyd edib və Azərbaycanın Şimali Kipr
Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə
təşəkkürlərini bildirdi.
Azərbaycan
Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını
vacib addım kimi dəyərləndirən Ersin Tatar Azərbaycan Mədəniyyəti Günlərinin
ölkəsində keçirilməsini məmnunluqla qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
15.28
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
tag: İlham Əliyev, Şuşa, Kipr, Prezident,Türk Cümhuriyyət, todaypress.az,