İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşdü - YENİLƏNDİ- FOTO
Xarici siyasət
13.11.2024 22:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
TodayPress xəbər verir ki, Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin
başçısı qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına
mühüm əhəmiyyət verir.
Söhbət zamanı
ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün nümayəndə
heyətlərinin səfərləri məsələsinə toxunuldu.
***
17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Qabon,Cozef Ovondault Berre ,Görüş, todaypress.az,