İlham Əliyev Pakistan Senatının sədrini qəbul etdi- YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza
Gilanini qəbul edib.
TodayPress xəbər verir ki, Seyid Yusuf Rza Gilani
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri
Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Qonaq Bakıda COP29-un uğurla keçirilməsi münasibətilə
bir daha təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Pakistanın Baş nazirinin COP29-da
iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Pakistan arasında
iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf
perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın
həyata keçirildiyi vurğulandı. Eyni zamanda, ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu,
parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin
əhəmiyyəti qeyd edildi.
Azərbaycan ilə Pakistan arasında əlaqələrin
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu
formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunuldu.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da
Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
tag: Azərbaycan, Pakistan, İslam, Senat, Seyid Yusuf Rza Gilani, todaypress.az,