İlham Əliyev Özbəkistana səfərə gedir
Xarici siyasət
21.08.2024 20:59
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət
səfəri edəcək.
TodayPress xəbər verir ki,
bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş
tutacaq.
Daşkənd
şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası
Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi
planlaşdırılır.
Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji
tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi
və genişləndirilməsi məsələləri daxil edilib.
Diqqət mərkəzində qarşılıqlı dövriyyənin
artırılması, kooperativ layihələrinin yeni portfelinin yaradılması, işgüzar
əlaqələrin inkişafı, o cümlədən bölgələrarası birja, nəqliyyat-kommunikasiya
potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və
digər məsələlər olacaq.
Prezidentlərin iki ölkənin biznes
nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı
da nəzərdə tutulub.
tag: Prezident, İlham Əliyev,Özbəkistan, Şavkat Mirziyoyevin ,todaypress.az,