İlham Əliyev Mavritaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Xarici siyasət
03.12.2024 13:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini
qəbul edib.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin
başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq
şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı
bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə
fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif
sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi
əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında
qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf
etdirilməsinin zəruriliyini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk
növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və
ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi
vurğuladı ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha
da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.
Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla
keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük
nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük
potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq
və mədənçilik sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan
olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına
baxılmasını xahiş etdi.
Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin
potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və
səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.
Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla
bağlı da fikir mübadiləsi aparıldı.
***
10.51
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam
Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev,Sid Əhməd əl-Bekaye Hamadi,Mavritaniya,todaypress.az,