İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşdü - YENİLƏNDİ
Xarici siyasət
12.11.2024 15:39
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin
Sədri Pedro Sançez ilə görüşüb.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev İspaniyada baş vermiş
güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı
başsağlığını çatdırdı.
Pedro Sançez
göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirdi.
Dövlətimizin
başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı
Hökumətinin Sədrinə təşəkkürünü ifadə etdi, onun ölkəmizə səfərinin ikitərəfli
münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu dedi.
Pedro Sançez
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O, bu tədbirin
yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.
Qonaq qeyd
etdi ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr
olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də
onun uğurlu olması işinə xidmət edəcək.
Prezident
İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla
vurğuladı.
İspaniya
Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni
yüksək qiymətləndirdi.
Görüşdə
iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi
aparıldı, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların
keçirilməsi barədə razılıq əldə olundu.
Söhbət zamanı
ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur
layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edildi, təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin
açılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
14.55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev, İspaniya,Pedro Sançez,Görüş, todaypress.az,