İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşdü -YENİLƏNDİ- FOTO
Xarici siyasət
14.11.2024 20:34
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti
Məhəmməd Əl-Casir ilə görüşüb.
TodayPress xəbər
verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf
Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası
və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma
kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan
Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım
Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi
layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız
Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə
Çərçivə Sazişi imzalanıb.
Görüşdə
Prezident İlham Əliyev ölkəmizlə İslam İnkişaf Bankı arasında perspektiv
inkişaf istiqamətləri və fəaliyyətləri ilə bağlı əməkdaşlığın
genişləndirilməsinin önəminə toxundu, gələcəkdə əlaqələrin daha da
dərinləşəcəyinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin
başçısı vurğuladı ki, imzalanmış bu sənədlər işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən layihənin beynəlxalq maliyyə təşkilatları tərəfindən
maliyyələşdirilməsi baxımından ilk sənəddir.
COP29-un qısa müddətdə yüksək səviyyədə təşkil edildiyini deyən Məhəmməd Əl-Casir işğaldan azad olunmuş ərazilərimizə 2023-cü ildə səfərini xatırladaraq bu günədək orada icra olunan irimiqyaslı işlərin qısa zamanda keyfiyyətlə həyata keçirildiyini qeyd etdi. O, İslam İnkişaf Bankının dövlət və özəl sektor layihələrində fəaliyyətinin genişləndirilməsinə və bu layihələrin dəstəklənməsinə hazır olduqlarını dedi.
***
15:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.
TodayPress xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
tag: Prezident, İlham Əliyev,Məhəmməd Əl-Casir ,İslam İnkişaf Bankı, Görüş, todaypress.az,
![photo](/uploads/news/6735e2593dcdf.jpg)
![photo](/uploads/news/6735e26a7a071.jpg)