İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü - YENİLƏNDİ-FOTO
Xarici siyasət
13.11.2024 22:20
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının
vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina
Ənsari ilə görüşüb.
TodayPress xəbər verir ki, COP29-un
ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina
Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını
dövlətimizin başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran
dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Məsud
Pezeşkianın prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla
xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı
seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə
heyətləri İrana səfər ediblər.
İran ilə
Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari
əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.
Söhbət zamanı
Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və
ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın
fəaliyyətinin önəmi vurğulandı.
Şimal-Cənub
nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında
birgə əməkdaşlıq qeyd edildi.
Görüşdə Xəzər
dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun
səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr
arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Prezident İlham
Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına
axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını
ifadə etdi.
Söhbət zamanı
ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.
***
17:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
tag: Azərbaycan, İran, Prezident, İlham əliyev,Şina Ənsari ,todaypress.az,