İlham Əliyev: “Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər”
Xarici siyasət
04.10.2024 13:15
Ermənistan
beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən
20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı
soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb
dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr.
TodayPress xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın
4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Minsk
qrupunun ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət
qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul olduğunu
söyləyən Prezident deyib:
“Biz bütün
beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin
sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü
uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, bu işğalı əbədi
etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”.
tag: Azərbaycan, İlham Əliyev, Prezident, Cəbrayıl, todaypress.az,