İlham Əliyev Finlandiyalı həmkarı ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
11.11.2024 17:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə
görüşüb.
TodayPress xəbər verir ki, gələn il Finlandiyanın
ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən
Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.
Finlandiya Prezidenti Ermənistanla Azərbaycan
arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu
gündəliyin irəliyə aparılması ilə maraqlandı.
ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib
hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini
dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət
göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı
olduğunu bildirdi.
Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə
dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.
Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
***
15.09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə
görüşüb.
tag: Azərbaycan, İlham Əliyev, Prezident,Aleksandr Stubb,Finlandiya, todaypress.az,