İlham Əliyev Efiopiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.11.2024 16:22
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik
Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
TodayPress xəbər verir ki, Taye Atske
Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd
Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev
salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş
nazirinə çatdırmağı xahiş etdi.
COP29-a dəvətə görə dövlətimizin
başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə
təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək
olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu
vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.
Efiopiya Prezidenti ölkəmizə səfəri
çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük
təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə
baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ
Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma
Memorandumunun imzalandığını qeyd etdi.
Efiopiya Prezidenti azad ticarət
zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu
vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq
imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.
İnkişaf etməkdə olan dövlətlər
arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham
Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük
əhəmiyyət verir.
“ASAN xidmət” təcrübəsinə
toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə
hazır olduğunu dedi.
Söhbət zamanı ölkələrimiz
arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq
məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın
yaradılmasının vacibliyi vurğulandı.
Efiopiya Prezidenti dövlətimizin
başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə
görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana
rəsmi səfərə dəvət etdi.
***
14.02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye
Atske Sellasiye ilə görüşüb.
tag: Prezident, İlham Əliyev,aye Atske Sellasiye,Efiopiya, Görüş, todaypress.az,