İlham Əliyev Donald Trampa zəng etdi
Xarici siyasət
25.11.2024 22:38
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa
zəng edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampı
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi
münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı
qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın
aşkar ifadəsidir.
Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın
fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol
oynacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş
Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi
diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün
birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə
görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələr
arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın
vacibliyini bildirib.
tag: İlham Əliyev, Prezident, Donald Tramp, Zəng, ABŞ, Azərbaycan, todaypress.az,