İlham Əliyev “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşdü
Xarici siyasət
21.01.2025 21:19
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg
Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
TodayPress xəbər verir ki, Yakob Aarup-Andersen
rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə
mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət
hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim
etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident
İlham Əliyevə təşəkkürünü bildirib.
“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının
lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı
fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlət başçısına
məlumat verilib.
Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq
məsələlərinə toxunulub.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Davos, tdaypress.az,