İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - YENİLƏNDİ - FOTO
Xarici siyasət
14.11.2024 17:04
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse
ilə görüşüb.
TodayPress xəbər verir ki, COP29-a dəvətə
görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu
tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev qeyd
etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər
vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri
bu müddət ərzində həyata keçirilib.
Dövlətimizin başçısı dedi ki,
mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki,
10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr
əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni
maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları
tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir.
COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan
Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük
gözləntiləri var.
Alen Berse vurğuladı ki,
Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar
məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.
Qonaq Avropa Şurası çərçivəsində
dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.
Dövlətimizin başçısı Azərbaycanın
Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif
konvensiyasına qoşulduğunu qeyd etdi.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam
Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.
***
12.15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Baş Katib, Alen Berse, Avropa, todaypress.az,