İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
Xarici siyasət
21.12.2024 10:19
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faicəli hadisə ilə bağlı başsağlığı verib.
TodayPress-in məlumatına
görə, Azərbaycan Prezidentinin məktubunda deyilir:
"Maqdeburq şəhərindəki
Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak
olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa diləyirəm".
Qeyd edək ki, ötən gün
Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad
yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək
insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun
1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.
tag: Prezident , İlham Əliyev, Almaniya, Başsağlığı, todaypress.az,