İlham Əliyev Almaniya Kansleri ilə görüşdü- YENİLƏNDİ
Xarici siyasət
21.01.2025 20:40
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya
Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
TodayPress xəbər verir ki, Almaniya Kansleri təyyarə
qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb.
Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki
görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda,
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi
perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran
məsələlər müzakirə olunub.
Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirib.
***
18:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
tag: Prezident,İlham Əliyev,Almaniya ,Olaf Şolts,todaypress.az,