İlber Ortaylı: "Düşmənlərimiz eynidir"

Xarici siyasət

18.02.2025 12:42

1216

Dünyada bu qədər geniş siyasi aspektlərlə eyni siyasi xəttə, qanunlara malik başqa iki dövlətin olması mümkün deyil”.    

TodayPress xəbər veririr ki, məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı bunu “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. 

Türkiyə-Azərbaycan dostluğundan söz açan professor bildirib ki, ümumilikdə türk dünyası böyük bir dünyadır. Tarix, dil və mənəvi ruh baxımından bir-biri ilə eynidir:

"Biz bir ailənin üzvləriyik. Xarici siyasətimiz baxımından çox təəssüf ki, ailə dostlarımızın və düşmənlərimizin sayı eynidir. Biz bilirik ki, düşmənlərimiz Türkiyəyə olan qəzəblərini Azərbaycandan, həmçinin Azərbaycana olan qəzəblərini də Türkiyədən çıxarmağa çalışırlar”.  

Töhfə Səməd

tag: İlbər Ortaylı,Konfrans,Türkiyə,Azərbaycan,Dil,Todaypress.az,