İki ölkə arasında sənəd mübadiləsi mərasimi keçirildi - YENİLƏNDİ
Xarici siyasət
19.08.2024 16:56
Avqustun 19-da Bakıda
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin
iştirakı ilə mübadiləsi mərasimi keçirilib.
TodayPress xəbər verir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını
qəbul etdilər.
“Azərbaycan
Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə
“Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti
arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Mikayıl Cabbarov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill
Dmitriyev mübadilə etdilər.
“Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi
İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə
Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim
Reşetnikov mübadilə etdilər.
“Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası)
arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq
Memoradumu”nu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev və Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin
rəhbəri Mixail İvankov mübadilə etdilər.
“Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının
Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya
Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq
haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar Təhməzli və Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və
İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova mübadilə etdilər.
“Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini
və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya
Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri
Sergey Dankvert mübadilə etdilər.
“Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi
təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının
səhiyyə naziri Teymur Musayev və Rusiya Federasiyasının səhiyyə naziri Mixail
Muraşko mübadilə etdilər.
***
16.01
Bakıda Rusiya
Prezidenti Vladimir Putinin səfəri çərçivəsində Azərbaycanla Rusiya arasında
imzalanmış sənədlərin mübadiləsi mərasimi başlayıb.
TodayPress xəbər
verir ki, mərasim İlham Əliyev və Vladimir Putin arasında danışıqların
yekunlarına əsasən keçirilir.
tag: Bakı, Rusiya, Putin, Prezident, İlham Əliyev ,Sənəd, todaypress.az,