Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi

Xarici siyasət

04.03.2025 18:20

1223

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.

TodayPress xəbər verir ki, bu barədə Fələstin səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

tag: XİN,Hikmət Hacıyev,Fələstin,Səfir,Todaypress.az,