Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir
Xarici siyasət
21.07.2024 12:00
“Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın
sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur”.
TodayPress xəbər verir ki, bunu Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunun
ikinci iş günündə çıxış edərkən deyib.
O qeyd edib ki, dezinformasiya xəbərlərlə
manipulyasiya etməyə imkan verir.
“Biz hansısa şəkildə hərəkət etməliyik, BMT səviyyəsində
müzakirələr aparmalıyıq, ya da başqa qurumlar bu işdə bizə kömək edə bilər” deyə
Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, ola bilsin, BMT səviyyəsində tədbirlərin
vaxtı çatıb.
“Biz razıyıq ki, dezinformasiya terminologiyası ilə
bağlı konsensus yoxdur. Bəzi prinsiplər razılaşdırılmalıdır. Bütün bunlar təkcə
medianın, hökumətlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların
iştirakını tələb etmir. Ola bilsin ki, BMT və ya digər təşkilatlar birləşə bilər.
Bu və digər məsələlərlə bağlı bu və sonrakı panellər çərçivəsində peşəkarların
fikirlərini gözləyirik”.
(Report)
tag: Hikmət Hacıyev,II Qlobal Media Forumu,BMT ,dezinformasiya ,rəqəmsallaşdırma ,todaypress.az,