Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşdü
Azərbaycan
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa,
Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət Naziri Stiven Doutin və digər
britaniyalı həmkarları ilə görüşlər keçirib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri
Elin Süleymanov “X”də paylaşım edib.
Bildirilib ki,
görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının
dərinləşdirilməsinə diqqət çəkən görüş keçirilib.
Bundan əlavə,
Hikmət Hacıyev Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell
ilə də görüşüb.
“Görüşdə güclü
Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar
haqqında çox səmərəli müzakirə aparılıb” məlumatda bildirilib.
tag: Hikmət Hacıyev, Azərbaycan, Böyük Britaniya,XİN, todaypress.az,