Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verdi
Xarici siyasət
23.10.2024 20:44
Azərbaycan Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa
Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab
verib.
TodayPress xəbər verir ki, bu barədə o, “POLITICO”ya
açıqlamasında danışıb.
“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd
teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya
əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin
çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin
piar kampaniyasının tərkib hissəsidir” Hacıyev deyib.
O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə
Komissarına məsləhət də görüb.
“Başqalarına ağıl verməkdənsə, Avropa
İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar.
Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların
azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə
bərabərdir
tag: Hikmət Hacıyev, Avropa İttifaqı, Azərbaycan, Fransa, Avropa, todaypress.az,