Hikmət Hacıyev Akif Çağatay Kılıçla görüşdü
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə
Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif
Çağatay Kılıç ilə görüşüb.
TodayPress-in
xəbərinə görə, bu barədə Azərbaycanın
Türkiyədəki Səfirliyindən bildirilib.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə
diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
tag: Hikmət Hacıyev, Türkiyə, Azərbaycan, Səfir, todaypress.az,