Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisini qəbul etdi
Xarici siyasət
08.09.2024 12:45
ABŞ
Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik
Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyevlə görüşüb.
TodayPress
xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki
səhifəsində paylaşım edib.
Görüşdə
ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
tag: ABŞ,Hikmət Hacıyev,Qəbul,Səfirlik,Patrik Prior,