Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Xarici siyasət

26.02.2025 14:02

814

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

TodayPress xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.

"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.

Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır" paylaşımda qeyd olunub.

tag: Hakan Fidan,Türkiyə,XİN,Xocalı,Paylaşım,Todaypress.az,