Gürcüstanın xarici səyahətçiləri Şuşada

Xarici siyasət

20.10.2024 11:52

Azərbaycanın işğalda azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstandan olan azərbaycanlı ziyarətçilərin Şuşa şəhərinə səfəri başlayıb. 

Todaypress xəbər verir ki, qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib.

Onlara şəhərin tarixi yerləri və burada aparılan tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Şuşa ekskursiyasından sonra onların Ağdam şəhərinə səfəri nəzərdə tutulur. 

Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altı günlük nəzərdə tutulub və ilk qrupun səfəri başa çatıb, onlar öncə Şuşa şəhərində daha sonra isə Xankəndi və Ağdamda olublar.

tag: Şuşa,Gürcüstan,Ağdam,Siyasətçi,Səfər ,Todaypress.az,