Fransa səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verdi
Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib.
“Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk” deyə bəyanatda bildirib.
tag: Fransa,Səfirlik,Xocalı Faciəsi,33 il,Todaypress.az,