Frank-Valter Ştaynmayer Azərbaycana səfərə gəldi
Almaniya Federativ Respublikasının
Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi
səfərə gəlib.
TodayPress xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidentini Frank-Valter Ştaynmayeri hava
limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov,
xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər
qarşılayıblar.
tag: Almaniya, Prezident, Frank-Valter Ştaynmayer, Azərbaycan, Səfər, todaypress.az,