Fərid Şəfiyev: “Onlar bilirlər ki, Azərbaycandan asılıdırlar”
Xarici siyasət
01.10.2024 13:24
"Fransanın Ermənistanı böyüdüb Azərbaycanın rəqibinə çevirəcək gücü yoxdur”.
TodayPress xəbər verir ki, Beynəlxalq Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev bunu “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.
O, Azərbaycana qarşı əsassız iddialar irəli sürən qüvvələrdən də söz açıb. Fərid Şəfiyevin sözlərinə görə, ABŞ Konqresi hər zaman ermənipərəst olub. Pentaqon isə Azərbaycanın tərəfindədir:
"Onlar bilirlər ki, Azərbaycandan asılıdırlar. Ona görə ehtiyatla davranırlar. Kim ürəyini Ermənistana açmaq istəyirsə, buyursun. Azərbaycanın öz mövqelərini qorumaq üçün xeyli imkanları var" deyə Fərid Şəfiyev diqqətə çatdırıb.
Günəş Mərd
tag: Fransa,Ermənistan,ABŞ ,Konqres,Pentaqon ,todaypress.az,