Fərid Şəfiyev: “Bu sənədlər əməkdaşlığın yeni mərhələyə keçidini təmin etdi”
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri uğurlu oldu”.
TodayPress xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən müzakirələr zamanı deyib.
O xatırladıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev və İran Prezidenti arasında görüş keçirilib və tərəflər arasında bir sıra mühüm sənədlər imzalanıb.
“Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə keçidini təmin etdi”.
Töhfə Səməd
tag: Fərid Şəfiyev,İran,XİN,Tədbir,Todaypress.az,