Fariz İsmayılzadə: “Ermənistanın silahlanması regional təhlükəsizliyə təhdiddir”

Xarici siyasət

01.10.2024 11:32

"Ermənistana digər ölkələr tərəfindən verilən silah dəstəyi Azərbaycana qarşı riski artırır".

TodayPress xəbər verir ki, Milli Məclisin deputatı Fariz İsmayılzadə bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh tezisi sıradan çıxır yeni risklər və özünümüdafiənin gücləndirilməsi dövriyəyə girir:

"Təsadüfi deyil ki, biz hətta Çinlə strateji məsələlərə üstünlük veririk. Bizim dediyimiz 3+3 formatı təəssüf ki, hələ işləmir" deyə o, bildirib. 

Qeyd edək ki, tədbirdə Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclası zamanı səsləndirdiyi əsas mesajlar, müəyyənləşdirdiyi vəzifə və tapşırıqlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Günəş Mərd

tag: Ermənistan,Silah,Dəstək,Cənubi Qafqaz,Sülh,Paşinyan, todaypress.az,