Ermənistanın Konstitusiya Məhkəməsi delimitasiya ilə bağlı qərarını dərc etdi
Xarici siyasət
26.09.2024 19:14
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb.
TodayPress xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirib.
Məhkəmənin qərarının yekun hissəsində qeyd edilib ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamədə təsbit edilmiş öhdəliklər və Ermənistan Respublikası 2024-cü il avqustun 30-da imzalanmış Konstitusiyaya uyğundur.
Bildirilib ki, qərar Konstitusiya Məhkəməsinin rəsmi internet saytında dərc edildiyi andan qüvvəyə minir.
Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar.
tag: Ermənistan ,Konstitusiya Məhkəməsi,Azərbaycan,Sərhəd,Delimitasiya,Demarkasiya,todaypress.az,