Ermənistan Parlamentində delimitasiya reqlamenti təsdiqləndi
Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib.
Layihənin parlamentin oktyabrın 22-də keçirilməsi planlaşdırılan iclası çərçivəsində ratifikasiya olunacağı gözlənilir.
tag: Ermənistan, Parlament, Azərbaycan, Layihə, İclas,Delimitasiya , todaypress.az,