Ermənistan hələ də Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir
Xarici siyasət
02.10.2024 13:40
“Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir”.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
“Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir” deyə müraciətdə vurğulanıb.
tag: Ermənistan ,Prezident ,İlham Əliyev ,İtkin Düşmüş Şəxslər ,Natiq Qasımov, todaypress.az,